Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda videokonfrans keçirilmişdir

13 iyun 2020 | 16:00

İyunun 12-də Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki  şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda videokonfrans keçirmişdir.
     Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak etmişdir.
     Konfransı giriş sözü ilə Şəki şəhər İcra Hakimiyyətinin İctimai - siyasi və  humanitar  məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov açmışdır. O, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
   Sonra söz Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Baba Səmədova  verilmişdir. B.Səmədov Ulu Öndərlə ilk görüşü, həmçinin 1992-ci ildə Naxçıvana səfəri barədə geniş məlumat vermişdir.
    Şəki  Şəhər İcra Hakimiyyətin əməkdaşı  Anar Məmmədov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında əvəzsiz xidmətlərindən bəhs etmişdir.
     Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov Heydər Əliyevin gənclər siyasəti barədə danışmışdır.
    Çıxışlarda xüsusi vurğulanmışdır ki, Ümummilli liderin həyat və fəaliyyəti gənclər üçün örnək olmalı  və daim öyrənilməlidir.

Keçidlər