Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Ermənistanda terrorizm dövlət səviyyəsində dəstəklənir

19 iyun 2020 | 16:00

Beynəlxalq arenada işğalçı və daim özgə torpaqlarında gözü olan dövlət kimi tanınan Ermənistan dünya miqyasında terrorçu ölkə imici də qazanmışdır. Hazırda Ermənistanın öz siyasətində terrordan istifadə etməsi və beynəlxalq miqyasda terrora dəstək verməsi dünya birliyini narahat edir. O da məlumdur ki, Ermənistan müxtəlif terrorçu təşkilatların silahla təmin edilməsində, belə təşkilatlara müxtəlif mənbələrdən silah çatdırılmasında tranzit nöqteyi-nəzərindən də fəal rol oynayır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxunaraq deyib:  “Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.”

Keçidlər