Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində qanvermə aksiyası keçirilmişdir

19 iyun 2020 | 16:00

İyunun 19-da Mərkəzi Qan bankının Şəki bölməsində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiyanın məqsədi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən  insanlara, xüsusilə uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olub.
      Qanvermə aksiyasında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, icra hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, şəhər, kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişdir.

Keçidlər