Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti vətəndaşlarının sağlamlığının müdafiəsi üçün bütün zəruri tədbirləri görür

22 iyun 2020 | 16:00

Koronavirus pandemiyasının dünyada yayılmağa başladığı ilk gündən etibarən ölkəmizdə vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində qabaqlayıcı addımlar atılır. Qəbul olunmuş qərarlar və karantin rejiminin tətbiqi nəticəsində uzun müddət vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Sonrakı mərhələdə hökumət karantin rejimindən mərhələli şəkildə çıxmaq üçün müəyyən yumşaldılmalara getdi. Əfsuslar olsun ki, aparılan yumşaldılmalardan sonra əksər insanlar pandemiyanın mövcudluğunu sanki unutdu. Son günlər yoluxmaların sayı getdikcə artmağa başlayıb. Bu səbəbdən də karantin rejiminin yenidən sərtləşdirilməsi zərurəti yarandı.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki şəhər sakini, ehtiyatda olan polis zabiti, müharibə veteranı Vaqif Əhmədov deyib.

V.Əhmədov bildirib ki, dövlət insanların sağlamlığının müdafiəsi üçün bütün zəruri tədbirləri görür. Lakin, vətəndaşlar da öz davranışları ilə dövlətə dəstək olmalıdır. Bu davranışlar isə çox sadədir - tibbi maska taxmaq, sosial məsafə saxlamaq, şəxsi gigiyena qaydalarına əməl etmək. İndiki halda, insanlar karantin rejiminin yenidən sərtləşdirilməsini anlayışla qarşılamalı, başa düşməlidirlər ki, bütün bunlar, bizləri, əhalini qorumaq üçündür.

Keçidlər