Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır

25 iyun 2020 | 16:00

    Azərbaycan hökuməti pandemiyanın yayılmağa başladığı ilk gündən etibarən ölkəmizdə vətəndaşların sağlamlığının qorunması istiqamətində geniş tədbirlər görür. Əfsuslar olsun ki, bəzi insanlar pandemiyanın ağır nətəcələrə səbəb ola biləcəyini anlamır, karantin qaydalarına əməl etmir, nəticədə son günlər yoluxma sayında kəskin artım müşahidə edilir. Bu səbəbdən də karantin rejiminin yenidən sərtləşdirilməsi zərurəti yaranmışdır.
    İyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edən Prezident cənab İlham Əliyev bir qrup tibb işçisi ilə görüşü zamanı demişdir: “Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir.”

Keçidlər