Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: İctimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır

26 iyun 2020 | 16:00

 Pandemiya şəraitində tətbiq edilən sərt karantin rejiminin yumşaldılması səbəbindən vətəndaşlarda yaranan arxayınçılığın nəticəsi özünü çox gözlətmədi. İnsanların maskasız gəzintiləri, qaydalara əməl etməmələrinin sonu yoluxma sayının artması ilə nəticələndi. Səbəb isə məlumdur: bəzi insanların məsuliyyətsizliyi. Məhz buna görə karantin rejiminin yumşaldılması dayandırıldı və məhdudlaşdırma yenidən tətbiq olunmağa başladı.
   İyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edən Prezident cənab İlham Əliyev bir qrup tibb işçisi ilə görüşü zamanı demişdir: Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün.
   Beləliklə, əgər yeni yoluxanların statistikası artan templə inkişaf etsə, daha ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq. Bu səbəbli də, insanlar davranışlarında diqqətli olmalı, həm özünü, yaxınlarını, eyni zamanda cəmiyyəti qorumağa təşəbbüs göstərməli və tezliklə normal həyata qayıtmağımız üçün çalışmalıdırlar.

Keçidlər