Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə pandemiya əleyhinə tədbirlər davam edir

30 iyun 2020 | 16:00

İyunun 29-da Şəki şəhərində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tədbirlər davam edib. Şəhər ərazisində, kənd və qəsəbələrdə dezinfeksiya və maarifləndirmə işləri aparılıb. Xüsusilə, xəstəlik aşkar olunan ərazilərdə yaşayan sakinlərlə müvafiq söhbət aparılıb, izahat işləri həyata keçirilib. Həmin ərazilərdə və xəstəlik ocaqlarında da dezinfeksiya işləri görülüb. Könüllülər koronavirusdan qorunmaq məqsədilə hazırlanan maarifləndirici bukletlər paylayıblar, müxtəlif yerlərdə üzərində təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketlər yapışdırıblar. Səsgücləndirici qurğu quraşdırılmış avtomobil vasitəsi ilə şəhər ərazisində sakinlərə karantin qaydalarına əməl olunması ilə bağlı çağırışlar edilib. İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikası ilə bağlı tədbirlər davam edib

Keçidlər