Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ictimai yerlərdə koronavirusla əlaqədar posterlər yerləşdirilir, əhaliyə maarifləndirici flayerlər paylanılır

11 iyul 2020 | 16:00

Şəki şəhərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər davam edir.
   İyunun 11-də mobil qrupların üzvləri, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki şəhər Gənclər və İdman idarəsinin, Şəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün  hazırlanmış maarifləndirici posterlər yerləşdirməyə başlayıblar.
   Müxtəlif ölçülü posterlər şəhərin mərkəzi küçə və prospektlərinin ərazisində yerləşən mağaza və digər obyektlərin giriş hissəsində, ictimai yaşayış binalarına, avtobus dayanacaqlarına, bankomatlara və əhalinin daha çox görə biləcəyi yerlərə yapışdırılır. Maarifləndirici posterlərdə 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər istifadə etməmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyyələr verilir. Maarifləndirici materiallar, həmçinin, idarə və təşkilatların binalarında da yerləşdirilir.
  Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün  hazırlanmış maarifləndirici posterlərin Şəkinin digər yaşayış məntəqələrinin ərazisində də yerləşdiriləcək, həmçinin, əhaliyə maarifləndirici flayerlər paylanacaqdır.

Keçidlər