Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə indiyədək 1420 ton quru tütün istehsal olunub

21 iyul 2020 | 16:00

Bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Fermerlər indiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə qurutmaq üçün 824 ton “Virciniya botaniki” növlü yaş tütün kütləsi təhvil veriblər. Bu emal məntəqələrində 172 ədəd tütünqurutma kamerası var. Yerli tütün sortları isə istehsalçılar tərəfindən ipə düzülərək qurudulur.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumiyyətlə, indiyədək rayonda 1420 ton quru tütün istehsal olunub. Məhsulun 1300 tonu əhali tərəfindən ipə düzülərək qurudulub. Hazırda rayonda tütünçülüklə 300-dək fermer məşğul olur.

Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər.

Keçidlər