Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Şəkidə yeni ümumtəhsil məktəbi binasının tikilməsi haqqında sərəncam imzalayıb

31 iyul 2020 | 16:00

Prezident İlham Əliyev Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Keçidlər