Şəkidə "Pandemiyaya qarşı mübarizədə könüllülərin rolu" adlı onlayn konfrans keçirilmişdir
07 avqust 2020-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Pandemiyaya qarşı mübarizədə könüllülərin rolu" adlı onlayn konfrans keçirilmişdir. Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin,
Şəki şəhər Gənclər və İdman İdarəsinin, "Şəki Rayon Mərkəzi Rayon Xəstəxanası" Publik Hüquqi, Səki ASAN Xidmət Mərkəzinin nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən QHT-lərin və ictimai birliklərin könüllüləri və fəal gənclər iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov açaraq tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, koronavirus pandemiyası bu gün bəşəriyyətin ən ciddi problemlərindən biridir. Dünyanın hər yerində pandemiyanın qarşısının alınması üçün ciddi mübarizə aparılıır. Bu mübarizələrdən ən effektlisi isə təbliğat vasitələridir. Rayonumuzda da Covid -19 -la mübarizədə müxtəlif tədbirlər həyata keçirilir və bu tədbirin həyata keçirilməsində könüllülərin qüvvəsindən geniş istifadə olunur.
"Şəki RMX" Publik Hüquqi şəxsin direktor müavini - baş həkim Sərxan Musayev çıxış edərək iştirakçılara pandemiyanın yaranması və yayılması, xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər barədə geniş məlumat vermişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin könüllülər üzrə koordinatoru Ziyad Əliəkbərli könüllülərin pandemiya dövrü ərzində fəaliyyətini və respublikamızda həyata keçirilən müxtəlif tipli tədbirlərdə könüllülərin qüvvəsindən hər zaman geniş istifadə olunduğunu vurğulamışdır.
Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov ölkəmizdə karantin rejimi tədbiq olunduğu günlərdə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdən, xüsusi yardıma ehtiyacı olan ailələlərə göstərilən yardımlardan bəhs etdi və həmin yardımların, tibbi ləvazimatların çatdırılmasında könüllü gənclərin fəaliyyətini xüsusi qeyd etdi.