Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb

08 avqust 2020 | 16:00

Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.

Bu sözləri Prezident cənab İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirə zamanı deyib.
Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq.
Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
  Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırılıb. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub,12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilib.
  2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilmişdir. 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir.
Ünvanlı dövlət sosial yardımı 1 aprel tarixi ilə müqayisədə 15 min ailə artaraq 85 min ailəyə (və ya 350 min şəxs) verilmişdir.
15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilmişdir. Sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilir.
Sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilmişdir.
Məşğulluq və sosial rifaha dəstək tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir. 900 min nəfərin (80%-i işə çıxmasa da) iş yeri və əmək haqları qorunub.
760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb.İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min (19%), əmək haqqı fondu 15%  artıb.
İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər üçün 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə aprel-may aylarında ölkə üzrə 600 min şəxsə ödənilib. İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Avqust ayında da onlara 190 manat ödəniləcək.
Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Vergilərin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, bu vergilər yığılmayacaqdı. Məhz bu sahədə aparılan islahatlar nəticəsində  6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb.
Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir. Eyni zamanda, Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir.

Keçidlər