Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə indiyədək 1860 ton quru tütün istehsal olunub

20 avqust 2020 | 16:00

Bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Fermerlər indiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə qurutmaq üçün 2,3 min tondan çox “Virciniya botaniki” növlü yaş tütün kütləsi təhvil veriblər. Yerli tütün sortları isə istehsalçılar tərəfindən ipə düzülərək qurudulur.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, mövsümün əvvəlindən bu günədək rayonda 1860 ton quru tütün istehsal olunub. Məhsulun 1630 tonu tütün istehsalçıları tərəfindən ipə düzülərək, 230 tonu isə emal məntəqələrində qurudulub. Hazırda rayonun tütün istehsalı və emalı məntəqələrində 172 ədəd tütünqurutma kamerası var.

Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər.

Keçidlər