Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə pandemiya ilə mübarizə çərçivəsində reydlər davam edir

16 sentyabr 2020 | 16:00

15.09.2020-ci il tarixdə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Şəki şəhər İH yanında yaradılmış Operativ Qərargahın üzvləri pandemiya ilə mübarizə çərçivəsində şəhərin böyük ticarət mərkəzlərindən olan “Bazarstore” və mərkəzi bazarın ərazisində reyd keçirmişlər. Reyd zamanı aşkar olunan çatışmamazlıqlar barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, tələb olunan qaydalara riayət etmələri obyekt sahiblərinin diqqətinə çatdırılmışdır.
    Paytaxt Bakı, digər rayon və şəhərlərdən sərt karantinin götürülməsindən çox az vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində rayon ərazisində koronavirusa yoluxma sayında müəyyən artım müşahidə olunmağa başlamışdır. Son günlər ərzində rayon ərazisində yoluxma qeydə alınmadığı halda, yolların açılmasından sonra bu rəqəm müəyyən qədər yüksəlməyə və rayon ərazisində yeni ocaqlar aşkar olunmağa başlamışdır.
    Yaranmış vəziyyətlə əlaqədar olaraq, Şəki şəhər İH yanında Operativ Qərargaha daxil olan məlumatlar əsasında rayon ərazisində xəstəliyin yayılmasına imkan yaradan şərait təhlil edilərək müvafiq tapşırıqlar verilmiş, əhalinin daha çox sıx olduğu yerlərdə, mərkəzi bazarda, bazar ətrafında, iri market və mağazalarda, əhalnin yaşadığı ictimai yaşayış binalarının girişləri və pilləkənlərində, ictimai nəqliyyatda, eləcə də kənd və qəsəbələrdə dezinfeksiya işləri gücləndirilmişdir.
   Əhali arasında yoluxma hallarının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədi ilə Şəki şəhər İH, Qida Təhlükəsizliyi Agentliyi Şəki regional bölməsinin, Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşlarından və könüllülərdən ibarət mobil qruplar əhalinin sıx toplaşdığı yerlərdə, market və mağazalarda ictimai-iaşə obyektlərində, otel və istirahət mərkəzlərində reydlər keçirir, sakinlərdən və obyekt sahiblərindən tövsiyə olunan qaydalara riayət etmələri tələb olunur, ciddi pozuntular aşkar olunduqda cərimələr tətbiq olunur.
     İctimai nəqliyyatda dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir. Şəhər icra hakimiyyətinin səsgücləndirici quraşdırılmış avtobusu vasitəsi ilə şəhər ərazisində pandemiya ilə bağlı əhaliyə çağırış edilir. "Evə zəng" kompaniyası çərçivəsində şəhər sakinləri ilə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbət aparılır. Evdə karantində saxlanılan xəstələrin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir
    15 sentyabrdan etibarən məktəb və bağçaların açılması bu istiqamətdə də lazımı tədbirlərin görülməsini zəruri edir. Rayon ərazisindəki bütün məktəb və bağçalarda Şəki şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Təhsil şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyi Şəki regional bölməsinin əməkdaşları monitorinqlər keçirir, tələb və tövsiyələrə əməl edilməsinə nəzarət etməklə yanaşı maarifləndirici söhbətlər aparılırlar. 
    Hazirda fəslin dəyişməsi ilə əlaqədar olaraq təbii ölüm hallarının da artmasını nəzərə alaraq, vəfat edən şəxslərin ailə üzvləri ilə profilktiki söhbətlər aparılır, onlara tələb olunan qaydalara uyğun şəkildə hüzr mərasimlərinin keçirilməsi tövsiyyə olunur və hüzr yerləri nəzarətdə saxlanılır.

Keçidlər