Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan yol tikintisi işlərinin gedişi ilə maraqlanmışdır
17 sentyabr 2020 | 16:00
Sentybarın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin Salman Mümtaz küçəsində aparılan yol tikintisi işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, küçədə tikinti-quraşdırma işlərinə avqust ayının 17-də başlanmışdır. Tikinti işlərinin sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. İşlərin bu ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı aparılan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.