Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı məcburi köçkün: Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır

06 oktyabr 2020 | 16:00

Uzun ilərdir ki doğma torpağımız üçün darıxırdıq. Hər dəfə orada keçirdiyim uşaqlıq illərini xatırlayanda kövrəlirdim. İndi isə sevinirəm. Sevinirəm ona görə ki, artıq Cəbrayıl rayonu azad olunub və ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovur. İnanıram ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tezliklə xalqımıza qələbə sevincini yaşadacaq və bütün torpaqlarımız işğaldan azad olacaq.
    Bu sözləri Şəki rayonunda məskunlaşan Cəbrayıllı məcburi köçkün, müəllim İsmayıl Balacayev söyləyib.
    O bildirib ki, Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb.
      İ.Balacayev qeyd edib ki, Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi. Lakin, Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür.
      Bu gün işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir.

Keçidlər