Könüllü təşkilatları humanitar aksiyaya start veriblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyi düşmən hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilən vətəndaşlarımıza humanitar yardım etmək məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə keçirilən "#Birlikdəstək" adlı aksiya ilə bağlı şəhər sakinlərinə müraciət edib. Müraciətdə deyilir:
Əziz Şəki sakinləri!
Bildiyimiz kimi, münaqişənin coğrafiyasını genişləndirməyə çalışan, eyni zamanda cəbhədəki məğlubiyyətlə barışmaq istəməyən mənfur düşmən ölkəmizin müxtəlif rayonlarında mülki əhalinin sıx yaşadığı əraziləri raket və ağır artilleriyadan atəşə tutmağa davam edir.
Hücumlar nəticəsində vətəndaşlarımızın evlərinə külli miqdarda ziyan dəyir, darmadağın olur. Hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması üçün vətəndaşlarımıza diqqət ən yüksək səviyyədədir.
Düşmən bir şeyi unudur: Azərbaycan xalqının mübarizə əzmi və birliyini heç bir qüvvə sındıra bilməz!
Bu məqsədlə, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə "#Birlikdəstək" adlı aksiyaya start verilir. Aksiya çərçivəsində hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilən vətəndaşlarımıza humanitar yardım nəzərdə tutulur.
Siz də Şəki sakini olaraq dəstək olmaq istəyirsinizsə, ianə etmək istədiyiniz məhsul və ya əşyaları aşağıda qeyd olunan ünvana yaxınlaşaraq təhvil verə bilərsiniz.
Ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti 216
Əlaqə nömrəsi: (+994)504675779
Biz böyük məmnuniyyətlə dəstəyinizi çatdırarıq!
Unutmayın, #bizbirlikdəgüclüyük!
Hər birimiz Qarabağıq! Qarabağ Azərbaycandır!
#Azərbaycan #Birlikdəstək #Həmrəylik #GİKM #AKTİ #AzərbaycanKönüllüləri