Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövlətinin şanlı Qələbəsi

10 noyabr 2020 | 16:00

Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulur. Bu 30 ildə xalqımız əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən cənab Prezidentin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı.
   Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsindən sonra ölkəmizinin hər yerində böyüklü-kiçikli yüz minlərlə insanın bayram şənliyi davam edir.Ölkə vətəndaşları tarixi Qələbədən doğan sevinc və qürur hisslərini bir-biri ilə paylaşır, bu zəfəri xalqına bəxş edən dövlətimizin başçısına minnətdarlıq duyğularını dilə gətirirlər. Hər yerdə Vətəni, Qarabağı, igid Azərbaycan əsgərini tərənnüm edən mahnılar səslənir.
Bu zəfər günündə Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Bu təsirli, qürur doğuran mənzərələr “bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə qədər davam edəcəyindən soraq verir.

Keçidlər