Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar videokonfrans keçirilmişdir

12 dekabr 2020 | 16:00

Dekabrın 12-də Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar videokonfrans keçirildi. Konfransda Şəki İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Məmmədov, Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Şəki ASAN Xidmət Mərkəzinin könüllünəri, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və MKS-nin 9 nömrəli kitabxana filialının əməkdaşları və bir sıra fəal gənclər iştirak etmişdir.
İlk olaraq konfransda Ümummulli lider Heydər Əliyevin və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Videokonfransı giriş sözü ilə Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Sadıqov Rəşadət açaraq tədbir işçitrakçılarına müasir Azərbaycan Respublikasının ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu söyləyib, Ulu Öndərin Birinci Qarabağ müharibəsində atəşkəsə nail olmaqla, ölkədəki vətəndaş müharibəsini dayandırmaqla və quruculuq işlərinə başlamaqla dövlətimizin gələcək tarixində əsaslı dönüşün təməlini qoyduğunu bildirib. Qeyd etdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.
Daha sonra konfransda çıxış üçün söz Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Cəfərovaya və Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədova verildi. Onlar da öz çıxışlarında Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycan haqqında qərəzli təbliğatlara real faktlarla cavab vermək, erməni yalanlarını ifşa etmək olduğunu bildirdilər. Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
27 il sonra Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyevin başçılğı altında 27 sentyabr 2020- ci il tarixində ikinci qarabağ müharibəsi başlandı. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu.
İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz zəfər çıxışlarından birində bildirdi ki: biz döyüş meydanında düşmənə yerini göstəririk! ”Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Torpaqlarımızı azad etdik! Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu ÖndərHeydər Əliyev ürəklərdə yaşayacaqdır!
Sonda “Heydər Əliyev və tərəqqi yolunun başlanğıcı” adlı videoçarx nümayiş etdirildi.

Keçidlər