Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə pandemiya əleyhinə tədbirlər davam etdirilir

15 yanvar 2021 | 16:00

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunda koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması üçün nəzarət tədbirləri davam etdirilir.
Əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qruplar tərəfindən şəhərin ayrı-ayrı yaşayış məhəllələrində, həmçinin rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq izahetmə-xəbərdarlıq işləri aparılır, fəaliyyətinə icazə verilmiş ticarət və digər obyektlərdə reydlər keçirilir. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, tibbi maskalardan istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir.
Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan obyektlərin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.
Davamlı olaraq həyata keçirilən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsində Şəkidə koronavirusa yoluxanların sayında azalma müşahidə olunur.

Keçidlər