Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Gənclər arasında vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət hisslərinin aşılanması" mövzusunda onlayn konfrans keçirilmişdir

20 fevral 2021 | 16:00

19 fevral 2021-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi , Şəki şəhər Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.1.3. bəndinin icrasını təmin etmək məqsədilə "Gənclər arasında vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət hisslərinin aşılanması" mövzusunda onlayn konfrans keçirilmişdir. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, şəhər Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin, ali və orta ixtisas təhsili müəssisələrinin əməkdaşları, fəal gənclər iştirak etmişdir.
     Konfransı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov açaraq yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdən biri olduğunu bildirib. 44 günlük Vətən müharibəsindən bəhs edən natiq qazanılan Qələbədə vətənpərvər gənclərimizin böyük rolu olduğunu, vətənpərvərliyin təkcə hərbi vətənpərvərlikdən ibarət olmadığını, millli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrinə yanaşma ilə ifadə olunduğunu vurğuladı.
     Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov cıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sahəsində düşmən üzərində əldə olunmuş Qələbədən danışdı, Vətən müharibəsində ordunun əsas hissəsini təşkil edən gənclərimizin əsl vətənpərvərlik nümunəsi göstərdiyini vurğuladı, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını və xalqımız tərəfindən hər zaman ehtiramla yad ediləcəyini bildirdi. O, dövlət rərəfindən milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin inkişafına, qorunmasına, təbliğinə xüsusi diqqət və qayğı göstərildiyini vurğuladı, milli-mənəvi dəyərlərlərimizin qorunması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışdı.
    Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev cıxış edərək konfransın mövzusunun gənclərimiz üçün aktual olduğunu, milli-mənəvi dəyərlərimizə cəmiyyətdə xüsusi həssaslıqla yanaşıldığı bildirdi, dini dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən danışdı.
    Şəki Dövlət Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov  çıxış edərək tələbələr arasında vətənpərvərlik və dövlətçilik hisslərinin aşılanması  istiqamətində görülən işlərdən danışdı.
    Şəki şəhər Təhsil şöbəsinin metodisti Abdurrahman Məmmədov çıxış edərək gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının ən vacib vəzifələrimizdən biri olduğunu bildirdi, məktəblilər arasında vətənpərvərlik hisslərinin aşılanması istiqamətində görülən işlər barədə məlumat verdi.

Keçidlər