Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

23 fevral 2021 | 16:00

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 23-də Şəkidə ağacəkmə aksiyası təşkil olunub.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 tuya və digər həmişəyaşıl ağaclar əkilib. Aksiyada şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, gənc fəallar iştirak ediblər. Ağaclar Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin ərazisinə, Şəki-Qax-Zaqatala avtomobil yolunun kənarına əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Keçidlər