Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə bayram sovqatı təqdim edilib

19 mart 2021 | 16:00

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Şəkinin qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur.
    Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki şəhərində də hər zaman ehtiramla anılır. Novruz bayramı ərəfəsində rayon rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, bayram münasibətilə şəhid ailələrinə bayram sovqatı təqdim edilib.
    Qeyd edək ki, Novruz bayramı münasibətilə aztəminatlı ailələrə də bayram sovqatı çatdırılıb.

Keçidlər