Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndələri Şəkidə gənclərlə görüş keçirmişdir

10 iyul 2013 | 15:00

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndələri  09 iyul 2013-cü il tarixdə AMİ-nin Şəki filialının konfrans zalında Şəki şəhərini və Oğuz rayonunu təmsil edən bir qrup gənclə görüş keçirmişdir.
      Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin təqdimatı olmuşdur. Tədbiri Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov açmışdır. Sonra söz Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyova verilmişdir. V.Seyidbəyov Gənclər Fondunun yaranması, fəaliyyəti və məqsədləri, həmçinin həyata keçirdikləri layihə barəsində gənclərə geniş məlumat vermişdir. Bildirilmişdir ki, müsabiqənin əsas məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.
     Təbirin sonunda gəncləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Keçidlər