Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə buraxılış imtahanları keçirilib

29 aprel 2021 | 16:00

Aprelin 29-da Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün  Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
    Pandemiya şəraitinin tələblərinə uyğun olaraq  keçirilən imtahanlar Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, şəhər 8, 11,12, 14, 17, 20 №-li və Qoxmuq kənd tam orta məktəblərində təşkil olunub. İmtahanlarda ümumilikdə 1784 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 23 imtahan rəhbəri və 142 nəzarətçi müəllim cəlb edilib.
  İmtahanlar mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.

Keçidlər