Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Şəkidə ağacəkmə aksiyası keçirilmişdir

10 may 2021 | 16:00

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Şəki şəhərində ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon rəhbərliyi, əmək kollektivlərinin üzvləri iştirak etmişdir.
Aksiya çərçivəsində Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin ərazisində, M.F.Axundzadə adına mədəniyyət və istirahət parkında və Zəfər parkında mindən artıq həmişəyaşıl şam və digər ağaclar əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir.

Keçidlər