Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bu günədək vətəndaşlara 32 min 740 doza vaksin vurulub

19 may 2021 | 16:00

Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 32 min 740 doza vaksin vurulub.

İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 18 min 1 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 14 min 739 nəfərdir.

Yaş qrupları üzrə indiyədək Şəki rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 5 min 749 doza, 50-65 yaş arasında vətəndaşlara 16 min 400 doza, 50 yaşadək vətəndaşlara isə 10 min 591 doza vaksin vurulub.

Keçidlər