Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

27 may 2021 | 16:00

Mayın 27-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib. Konfransda rayonun bir qrup ağsaqqalı və ziyalısı iştirak edib.
       Konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar, həmçinin, şəhidlər xiyabanını ziyarət ediblər.
      Sonra konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
      Tədbiri giriş sözü ilə Şəki şəhər İH başçısının müavini -  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova açıb. O bildirib ki, ötən ilin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunması olub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan möhtəşəm “Dəmir yumruq” əməliyyatı şanlı Qələbə ilə başa çatıb. Xalqımız Vətən müharibəsi zamanı milli birlik göstərib. O qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur.  Dövlətimizin bu günkü inkişafında onların böyük rolu var. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda  tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Şəkidə də ağsaqqallar rayonun ictimai-siyasi, mədəni həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər. Onlar rayonumuzun bütün tədbirlərində diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar.
       Z.Cavadova tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə təsadüf etdiyini bildirib, bütün konfrans iştirakçılarını bu münasibətlə təbrik edib.
      Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışmış, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib və tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
      Konfransda təşkilati məsələlərə baxılıb, Şəki Rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edilib, Nağdalı Balaşov Şuranın sədri seçilib, həmçinin İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunub.

Keçidlər