Şəkidə 15 iyun - Milli Qurtuluş Gününə hərs olunmuş tədbir keçirilib
İyunun 14-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə hərs olunmuş tədbir keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki Təşkilatı və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyətin nümayəndələri, partiyanın veteranları və gənclər iştirak edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediliblər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov açıb. O bildirib ki, tədbirin məqsədi Ulu öndər Heydər Əliyevin həm 1969-1982-ci illərdə, həm də müstəqil respublikamızda hakimiyyətə qayıdışından sonra xalqımız və dövlətimiz qarşısında xidmətlərinə nəzər salmaq, bu dahi şəxsiyyətin Vətəninə, elinə nə qədər bağlı olduğunu bir daha göstərməkdir.
Sonra tədbir iştirakçıları Milli Qurtuluş gününə həsr olunmuş qısa filmə tamaşa ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının sədr müavini, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov, Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının əməkdaşı, partiyanın veteranı Kamil Məmmədov, Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Qorxmaz Məhərrəmov 15 iyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətindən danışıblar.
Bildirilib ki, ağır dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Çıxışlarda qeyd olunub ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirən natiqlər həmin siyasətin ən əhəmiyyətli uğurlarından biri kimi İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbəni xatırladıblar.