Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü qeyd olunub

02 iyul 2021 | 16:00

Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olmuşdur.     Bu gün Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanları ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir.
Bu fikirlər Şəkidə polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərkəzin qarşısında keçirilən tədbirdə çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi yoldan, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Diqqətə çatdırılıb ki, daxili işlər orqanları birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən savaşında da ilk gündən müzəffər Ali Baş Komandanın mübariz əsgərlərinə çevrildilər. Daxili işlər orqanları ötən ildən etibarən cinayətkarlığa qarşı mübarizə və Vətən savaşından əlavə, üçüncü cəbhədə də ləyaqətlə döyüşüb. Bu, bütün dünyanı bürümüş qlobal pandemiyaya qarşı mübarizədir. Bu sahədə həyata keçirilən dövlət siyasətinin reallaşması üçün Azərbaycan polisi ilk gündən böyük məsuliyyətlə xidməti fəaliyyətə başlayıb.
Tədbirin sonunda işində fərqlənən bir qrup polis əməkdaşına Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Keçidlər