Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Şəki şəhərinə səfər edib

04 avqust 2021 | 16:00

Avqustun 3-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer Şəki şəhərinə səfərə gəlib.
     Şəki şəhərinə səfəri çərçivəsində səfir həmin gün Şəki Şəhər İcra Hakimiyyətində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüşdə səfirin xanımı Marianna Litzenberqer və səfirlinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkham iştirak edib.
     Görüş zamanı icra başçısı səfiri salamlayaraq qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib.
     Səfir Örl Litzenberger ABŞ-la Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açıb, xüsusilə qeyri-neft və neft sektorunun inkişafı sahəsindəki əməkdaşlıq məsələlərinə toxunub.
     Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, Şəki şəhəri ilə ABŞ-ın şəhərlərinin birinin qardaşlaşmasının mümkünlüyü qeyd olunub. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
     Şəkiyə səfəri çərçvəsində səfir Örl Litzenberqer Şəki regional "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub, ADPU-nun Şəki filialında və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin ofisində həmin qurumların rəhbərliyi ilə görüşüb. Şəki Rayon Mərkəzi Xəstəxanasında aparılan peyvədlənmə prosesi ilə maraqlanıb.
     Qeyd edək ki, səfər çərçivəsində səfir Şəkinin tarixi abidələrini ziyarət edəcəkdir.

Keçidlər