Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Şəkidə karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
Şəki şəhər icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə, parklarda maarifləndirici təbliğat işləri aparırlar.
Reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi ətraflı izah olunur, tövsiyələr verilir.