Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bu günədək vətəndaşlara 107 min dozadan çox vaksin vurulub

24 avqust 2021 | 16:00

Son vaxtlar karantin rejiminin yumşaldılması, qadağaların götürülməsi, şənlik mərasimlərində qaydalara düzgün əməl olunmaması, həmçinin vətəndaşların koronavirus infeksiyası ilə mübarizədə arxayınçılığa yol vermələri səbəbindən ölkə ərazisində təhlükəli virusa yoluxma halları yenidən artmağa başlayıb. Virusa yeni yoluxan vətəndaşların sayı artıq 4 minə çatır. Aparılan təhlillər onu göstərir ki, əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biridir.
Hazırda Şəki rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 107 min 438 doza vaksin vurulub. O cümlədən indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 66 min 364 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 41 min 74 nəfərdir.
Yaş qrupları üzrə indiyədək Şəki rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 10 min 112 doza, 50-64 yaş arasında vətəndaşlara 35 min 911 doza, 50 yaşadək vətəndaşlara isə 61 min 415 doza vaksin vurulub.
Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında, şəhərin bəzi məhəllələrində yaradılan vaksinasiya məntəqələrində, həmçinin bəzi kənd həkim məntəqələrində həyata keçirilir.

Keçidlər