Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində qabaqlayıcı tədbirlər davam etdirilir

25 avqust 2021 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Belə ki, rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə, turizm obyektlərində sərnişindaşıma avtobuslarında, dayanacaqlarda, eləcədə insanların sıx olduğu yerlərdə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Şəhər - Rayon Polis şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə reydlər keçirilir, maarifləndirmə işləri aparılır və bu proses gündəlik davam etdirilir.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə Şəki rayonunda yerləşən idarə, müəssisə və təşkilatlarda, uşaq bağçalarında, mədəniyyət obyektlərində, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, yaşayış binalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx toplaşdığı yerlərdə dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri, həmçinin, Şəki rayonu ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində də aparılır.

Keçidlər