Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər naziri Şəkidə vətəndaşları qəbul etmişdir

19 iyul 2013 | 15:00

İyulun 18-də vergilər naziri Fazil Məmmədov Şəkidə Mingəçevir, Şəki şəhərindən, Balakən, Zaqatala, Qax rayonlarından  olan vətəndaşları qəbul etmişdir.
     Şəki şəhərindəki Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilmişdir.
     Qəbula gələnlər vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı fikirlərini çatdırmış, onları narahat edən məsələlərin həllinə kömək göstərilməsini xahiş etmişlər.
     Nazir Fazil Məmmədov müraciətləri diqqətlə dinləmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarına tapşırıqlar vermişdir.
     Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmişdir. Digər müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilmişdir.
     Qəbula gələn Mingəçevir şəhərinin sakini Heyran Şikarova, Şəki şəhərindən Brilyant Lətifova, Zaqataladan sahibkar Tofiq Qurbanov və başqaları vətəndaşlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmiş, dövlətimizin başçısının bu təşəbbüsünü alqışladıqlarını, bölgələrdə ardıcıl olaraq keçirilən belə qəbulların bir çox məsələlərin yerindəcə həllinə imkan yaratdığını vurğulamışlar.

Keçidlər