Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə birinci sinfə gedəcək şagirdlərə məktəb ləvazimatları hədiyyə olunub

07 sentyabr 2021 | 16:00

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelinin təşəbbüsü və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sentyabrın 7-də Şəki şəhərində 2021-2022-ci dərs ilində birinci sinfə gedəcək şagirdlər üçün “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya çərçivəsində tədbir keçirilib.
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə yeni dərs ilində birinci sinfə gedəcək şagirdlər və onların müəllimləri iştirak ediblər.
Tədbirin əvvəlində şagirdlər Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüblər.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov aksiyanın təşkilatçılarına minnətdarlığını bildirərək, ilk dəfə məktəbə qədəm qoyacaq şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin şagirdləri təbrik edərək, onların Vətənə və cəmiyyətə layiqli övlad kimi böyüyəcəyinə əmin olduğunu bildirib. O, Şəki şəhərinə səfərindən, şagirdlərlə görüşündən çox məmnun qaldığını vurğulayıb.
Sonra şagirdlərə məktəb ləvazimatları paylanılıb.
Tədbirin sonunda şagirdlərin ifasında şeirlər səsləndirilib, xatirə şəkilləri çəkdirilib.

Keçidlər