Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunur

22 sentyabr 2021 | 16:00

27 sentyabr - Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəki rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olunur.
    Sentyabrın 21-də rayon rəhbərliyi Kiş kəndində şəhid Elnur Nurullayevin, Oxud kəndində şəhid Məhərrəm İbrahimlinin, Asif Əhmədovun, Hüseyn Həmidlinin, Qoxmuq kəndində şəhid Kazım Məmmdəsalahovun, Taleh Daşdəmirovun, Baltalı kəndində şəhid Zəfər Surxayzadənin, Babaratma kəndində şəhid Ramin Mmmədovun, İnçə kəndində şəhid Elmir Umudlunun, Baş Göynük kəndində şəhid Əhməd Hacıhüseynovun, Rəşadət Musayevin, Aşağı Layısqı kəndində şəhid Elsevər İbrahimovun, Abbas kəndində şəhid Saleh Məmmədovun, Birinci Biləcik kəndində şəhid Vilayət Allahverdiyevin, İkinci Biləcik kəndində şəhid Röyal Xasıyevin məzarlarını ziyarət ediblər, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailə üzvləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar.
   Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə maddi köməklik göstəriləcək və ərzaq yardımı ediləcəkdir.

Keçidlər