Azərbaycanın Xorvatiyadakı səfiri Varajdin şəhərinin yeni meri ilə görüşüb
06 oktyabr 2021 | 16:00
Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Varajdin şəhərində səfərdə olarkən bu şəhərin yeni meri Neven Bosillə və millət vəkili xanım Barbara Antolic Vupora ilə görüşüb.
Görüş zamanı Varazdin şəhəri ilə qardaşlaşmış Şəki şəhəri arasındakı mövcud və potensial əməkdaşlıq və qarşılıqlı maraq doğuran mövzular barədə fikir mübadiləsi aparılmışdır.
Cənab səfir merə və onun komandasına göstərdikləri qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.