Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır

15 oktyabr 2021 | 16:00

Şəkidə Vətən müharibəsi şəhidlərinin şəhadətinin ildönümləri ilə əlaqədar şəhid məzarları ziyarət olunur, onların ailə üzvləri ilə görüşlər keçirilir.
     Oktyabrın 14-də şəhid Toğrul Nağıyevin anım mərasimində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. Şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
    Şəhid Toğrul Nağıyev 08 iyun 2000-ci ildə Şəkidə anadan olub. 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb, 2020-ci ilin yanvarında ordudan tərxis edilib.
    Vətən Müharibəsi başlayanda orduya könüllü yazılıb və 2020-ci il sentyabrın 30-da cəbhə bölgəsinə yollanıb. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Tərtər istiqamətində gedən ağır döyüşlərdə 14 oktyabr 2020-ci il tarixdə şəhid olub.
    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Toğrul Nağıyev  ölümündən sonra “Vətən uğrunda medalı ilə təltif edilib.

Keçidlər