Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər sənindir Azərbaycan əsgəri - RƏSM SƏRGİSİ

21 oktyabr 2021 | 16:00

Oktyabrın 18- də Şəki Heydər Əliyev Mərkəzinin təşkil etdiyi, “QARABAĞ AZƏRBAYCANDIR!” adlı rəsm müsabiqəsi iştirakçılarının əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Sərgi 44 günlük Vətən müharibəsində qazandığımız haqlı qələbəmizi, Azərbaycanın suverenliyi uğrunda döyüşmüş və canlarından keçmiş vətən oğullarının qəhrəmanlıqlarını tərənnüm etmək məqsədilə təşkil olunmuşdur. “Zəfər sənindir Azərbaycan əsgəri” devizi altında nümayiş etdirilən sərgidə vətənpərvərlik mövzusunda 24 rəsm əsəri sərgilənir.
Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş sərginin nümayişinin 8 noyabr 2021-ci il tarixinədək davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər