Şəkidə Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunur
22 oktyabr 2021 | 16:00
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən igid oğulların şəhadətə yüksəlmələrinin bir illiyi ilə əlaqədar Şəkidə anım mərasimləri keçirilir.
Oktyabrın 21-də şəhid mayor Xəyal Məmmədovun ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Mərasimdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Xəyal Məmmədovun keçdiyi şərəfli döyüş yolundan danışılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.