Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Zəfər Günü böyük təntənə ilə qeyd edilib

08 noyabr 2021 | 16:00

8 Noyabr- Zəfər Günü münasibətilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında təntənəli bayram tədbiri təşkil olunub.
     Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri,  Vətən müharibəsi iştirakçıları və qaziləri iştirak ediblər.
     Tədbir iştirakçıları əvvəlcə mərkəzinin qarşısında ucaldılmış Ulu öndərin abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri qoyublar.
     Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə  təbrik edib.
      Bildirilib ki, qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur.
      Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
     Sonra tədbirdə şəhərin incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
     Zəfər Günü münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda fləşmob keçirilib. 400 nəfərə yaxın tələbə “Qarabağ Azərbaycandır” ifadəsinin  təsvirini yaradıblar.
     Bayram tədbirindən sonra mərkəzin ərazisində Zəfər gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Keçidlər