Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir

23 iyul 2013 | 15:00

İyulun 22-də Şəki Olimpiya İdman Kompleksinin konfrans zalında Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
     Şəkidə və bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola qısa nəzər salmış, mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.
    Tədbirdə çıxış edənlər Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırlatmış, ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazasının yaradıldığını, mətbuata dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulamışlar. Qeyd olunmuşdur ki, milli mətbuatın inkişafına yönəlmiş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media sahəsində çalışanların əməyinin qiymətləndirilməsi, sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.
     Daha sonra mətbuat nümayəndələri söz alaraq belə gərəkli görüşün təşkilinə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
    Görüşün sonunda media nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.

Keçidlər