Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bu günədək vətəndaşlara 169 min dozadan çox vaksin vurulub

17 noyabr 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında, həmçinin səyyar həkim briqadaları tərəfindən bir neçə kənd həkim məntəqəsində həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 169 min 449 doza vaksin vurulub.
İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 82 min 400 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 74 min 973 nəfərdir. Bundan əlavə, Şəkidə bu günədək 11 min 935 nəfərə “buster” doza vaksin vurulub, 141 nəfər revaksinasiya olunub.

Keçidlər