İkinci Qarabağ Müharibəsi zamanı arxa cəbhədə xüsusi fəallıq göstərən bir qrup şəhər sakini Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir
44 gün davam edən İkinci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etmişdir. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalmışdır. Bu tarixi Zəfər dövlət başçısının düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində, şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına əldə olunmuşdur.
Hərbi əməliyyatlar zamanı rayonumuz 56 şəhid vermiş, bir nəfər itkin düşmüşdür. Şəhidlərimiz rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla son mənzilə yola salınmışdır.
Bir qrup şəhər sakini şəhidlərin dəfn mərasimlərinin keçirilməsində xüsusi fəallıqları ilə seçilmiş, vətənpərvərlik nümunəsi göstərmişlər. Həmin şəxslər Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Fəxri Fərmanla təltif edilmişlər.