Şriftin ölçüsü :

Saytın rəngi :

IV ANİMAFİLM Festivalının əks-sədası tədbiri başa çatmışdır

26 noyabr 2021 | 16:00

23-25 noyabr 2021-ci il tarixində Şəki şəhərində keçirilən IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının əks-sədası tədbiri başa çatmışdır.
Şəki "ASAN xidmət" mərkəzində keçirilən tədbir “PERİ FİLM” MMC şirkəti tərəfindən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmişdir.
Tədbirdə üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edilmiş, ustad dərsi təşkil edilmişdir.
Tədbirin açılış və bağlanış mərasimləri zamanı yerli incəsənət kollektivləri maraqlı  musiqi proqramları ilə çıxış etmişlər.
Başlanış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının bininci müavini Həsən Həsənov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmiş, gələcəkdə festivalın Şəki şəhərində təşkil edilməsin hər kəsin urəyincə olduğunu vurğulamışdır.
IV ANİMAFİLM Festivalının Şəkidə əks-sədası tədbirinin ərsəyə gəlməsində xidməti olan qurumlara və şəxslərə təşkilatçılar tərəfindən təşəkkürnamələr təqdim edilmişdir.
Qeyd edək ki, 2018-ci ildə yaradılmış ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Hər il payızda keçirilən festivalda yüzlərlə yerli və xarici animasiya filmləri nümayiş etdirilir, işgüzar görüşlər, sərgilər, uşaqlar və peşəkarlar üçün ustad dərsləri təşkil olunur. Festivalın təşkil edilməsində məqsəd yerli və xarici tamaşaçıları, peşəkarları sevindirmək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafına təkan verməkdir. Bu il təşkil olunan festival “ƏLİLLİK” mövzusuna həsr olunmuşdur.

Keçidlər