Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bu günədək vətəndaşlara 182 min dozaya yaxın vaksin vurulub

21 dekabr 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında, həmçinin səyyar həkim briqadaları tərəfindən bir neçə kənd həkim məntəqəsində həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 181 min 955 doza vaksin vurulub.

Şəhər icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 83 min 328 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 76 min 842 nəfərdir. Bundan əlavə, Şəkidə bu günədək 21 min 384 nəfərə “buster” doza vaksin vurulub, 401 nəfər revaksinasiya olunub.

Keçidlər