Şəkidə Koreya milli rəqs qrupunun və taekvondoçularının çıxışları maraqla qarşılanmışdır
27 iyul 2013-cü il tarixdə Şəki şəhərində yerləşən Yay teatrında Qəbələ V Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Azərbaycana gəlmiş Koreya Respublikasının milli rəqs qrupunun, həmçinin Ümumdünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə taekvondoçuların çıxışları olmuşdur.
Tədbirdə əvvəlcə koreya milli rəqs qrupunun üzvləri çıxış etmişlər. Sonra səhnəyə taekvondoçular çıxmışlar. Onların nümunəvi çıxışları tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Tədbirdə iştirak edən Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço taekvondo komandasının çıxışı üçün yaradılan şəraitə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir. Tədbirin sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunmuşdur