Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrında Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları üçün şənlik keçirilib

05 yanvar 2022 | 16:00

Yanvarın 5-də Şəki Dövlət Dram Teatrında Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları üçün tamaşa oynanılıb.
     Tamaşadan əvvəl Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev çıxış edərək tədbir iştirakçılarına rayon rəhbərliyinin təbriklərini çatdırıb, onlara yeni ildə uğurlar arzulayıb, rayonda şəhid ailələrinə, qazilərə göstərilən qayğıdan bəhs edib.
      Sonra uşaqlara Şəki Şəhər İcra Hakimiyyətinin adından Yeni il hədiyyələri təqdim olunub.
      Sonda Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış “Məlikməmməd və başabəla virus” adlı nağıl-tamaşa nümayiş olunub.

 

 

 

 

Keçidlər