Şriftin ölçüsü :

Saytın rəngi :

Həlak olan hərbi qulluqçu Cavidan Məmmədli Şəkidə torpağa tapşırılıb

17 yanvar 2022 | 16:00

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü əsgər Məmmədli Cavidan Abduləziz oğlu doğulduğu Şəki şəhərində torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Keçidlər